Proqram təminatında etibarlı tərəfdaşınız.
Nonilab — proqram təminatı, veb və mobil tətbiqlər, süni intellekt həlləri, İT infrastrukturu və konsaltinq daxil olmaqla İT ilə bağlı bütün xidmətləri bir yerdən təqdim edən tam dövrəli İT şirkətidir.
Proqram təminatı
Veb, mobil və daxili sistemlər
Veb və mobil
Saytlar, portallar, iOS/Android
AI və data
Süni intellekt və analitika həlləri
İT konsaltinq
Arxitektura, inteqrasiya, infrastruktur
Xidmətlərimiz
İdeyadan canlı məhsula, arxitekturadan dəstəyə qədər — 12 back-end, 4 mobil developer, 5 biznes analitik və 4 product owner-dən ibarət tam məhsul komandası ilə.
Fərdi proqram təminatı
Sıfırdan məhsul və ya mövcud sistemin inkişafı.
- Korporativ və daxili sistemlər (ERP, CRM, portal)
- Çoxrollu, hesabatlı, iş axını əsaslı sistemlər
- API-first back-end, admin panel, analitika tabloları
Veb və mobil tətbiqlər
Veb platformalar və iOS/Android tətbiqlər — vahid API üzərində.
- Korporativ saytlar, e-ticarət, veb portallar
- iOS və Android, store-a yerləşdirmə və yeniləmə dövrü
- Mobil test və avtomatlaşdırma ilə birlikdə
SaaS məhsullarının hazırlanması
ABŞ və Avropa bazarlarının tələblərinə uyğun, bazara çıxmağa hazır məhsul.
- Multi-tenant arxitektura, bulud, CI/CD
- Abunə planları, ödəniş inteqrasiyası, faktura
- GDPR / CCPA, WCAG əlçatanlıq, OWASP təhlükəsizlik
- Lokalizasiya: dil, valyuta, saat qurşaqları
Software arxitekturası və konsaltinq
Texnologiya stack-inin biznes məqsədlərinə uyğunlaşdırılması.
- Mövcud sistemin auditi, texniki borcun qiymətləndirilməsi
- Modulyar / mikroservis / monolit qərarı, API dizaynı
- Yol xəritəsi, miqrasiya planı, sənədləşdirilmiş qərarlar (ADR)
Süni intellekt və data həlləri
AI əsaslı məhsullar və məlumat emalı sistemləri.
- Generativ AI inteqrasiyası (mətn, şəkil, video, səs)
- Avtomatlaşdırma və AI dəstəkli iş axınları
- Analitika panelləri və hesabat sistemləri
Bulud, infrastruktur və dəstək
Yerləşdirmə, miqyaslandırma və təhvildən sonrakı davamlı dəstək.
- Bulud miqrasiyası, server və şəbəkə qurulması
- DevOps prosesləri, monitorinq, təhlükəsizlik
- Texniki dəstək və sistemin inkişafı
Keyfiyyət təminatı — 20 nəfərlik QA komandası ilə.
Keyfiyyət proseslərinin beynəlxalq standartlara uyğun qurulmasından performans testlərinə və avtomatlaşdırmaya qədər. Həm öz məhsullarımızda, həm müştəri layihələrində hər gün işləyən proses.
QA & QC proseslərinin qurulması
Keyfiyyət proseslərinin standartlara uyğunlaşdırılması
- Mövcud test prosesinin auditi və boşluqların müəyyən edilməsi
- Test strategiyası, test planı və prosedurlar
- Xəta təsnifatı, həyat dövrü və hesabatlıq standartı
- Artefakt şablonları: checklist, test keys, bug report, summary
- Komandanın öyrədilməsi və ya QA-nın tam outsource edilməsi
- Keyfiyyət metrikaları və dashboard-lar
Funksional testlərin icrası
Məhsulun tələblərə uyğun işlədiyini sübut edən testlər
- Smoke test — hər build-dən sonra 1–2 saatda
- API testləri: kontrakt, status kodları, validasiya, avtorizasiya
- İnteqrasiya testləri — modullar və xarici sistemlər arası
- End-to-End — real iş axını üzrə istifadəçi ssenariləri
- Reqressiya — hər relizdə mövcud funksionallığın təsdiqi
- UAT-ın planlaşdırılması və dəstəyi
Performans testləri
Sistemin yük altında davranışını reliz öncəsi ölçürük
- Load — gözlənilən yükdə cavab müddəti və throughput
- Stress — qırılma nöqtəsi və bərpa davranışı
- Spike — qəfil kəskin yük artımına reaksiya
- Soak — uzunmüddətli yükdə yaddaş sızması, degradasiya
- Scalability və Volume testləri
- Nəticə: darboğazlar siyahısı və tövsiyələr ilə hesabat
Test avtomatlaşdırma
Reqressiyanı günlərdən saatlara endiririk
- API avtomatlaşdırma — CI/CD-də hər commit-də icra
- Mobil — iOS/Android E2E, real cihaz və emulyator matrisi
- Web — brauzerlərarası E2E, smoke və reqressiya paketləri
- Hesabatlıq və xəta izləmə ilə inteqrasiya
- Skriptlər müştərinin repozitorisində saxlanılır və təhvil verilir
Əsaslandığımız standartlar
Test prosesləri, sənədləşmə və keyfiyyət modeli beynəlxalq çərçivələr üzərində qurulur.
Test terminologiyası, test səviyyələri və növləri, test dizayn texnikaları
Test prosesləri və test sənədləşməsi (ISO/IEC/IEEE 29119)
Proqram məhsulunun keyfiyyət modeli: funksionallıq, performans, istifadəlilik, etibarlılıq
ISO 9001 və ISO/IEC 90003 — proqram təminatında keyfiyyət idarəetməsi prinsipləri
Layihənin hansı mərhələsində qoşula bilərik
QA prosesi SDLC-nin istənilən mərhələsində başlaya bilər — mərhələyə uyğun testlər icra olunur.
Tələblər
- Test edilə bilməsi üzrə təhlil
- Qəbul meyarlarının yazılması
- Test strategiyası
Dizayn və arxitektura
- Test planı, RTM
- E2E ssenariləri, checklist-lər
- Test məlumatları və mühit planı
Development
- Smoke test (hər build)
- API testləri
- İnteqrasiya testləri
- Modul üzrə funksional testlər
Stabilizasiya
- End-to-End testlər
- Reqressiya testləri
- Performans testləri
- Re-test və bug verification
Reliz və qəbul
- UAT-ın təşkili və dəstəyi
- Reliz checklist-i
- Test summary report
İstismar
- Produksiya smoke
- Reqressiya paketinin saxlanması
- Yeni relizlərin testi
Məhsullarımız
Fərqli sahələrdə real istifadəçilərə xidmət edən proqram məhsulları.
BolgeTv
Siyasət, texnologiya, idman və biznes sahələrində gündəlik xəbər və təhlil platforması.
bolgetv.comCreateCV
AI dəstəkli, ATS-uyğun rezyume və motivasiya məktubu hazırlama platforması — 30+ hazır şablonla.
createcv.ioTurism.io
Turizm agentlikləri üçün rezervasiya, faktura və müştəri idarəetməsini bir yerdə birləşdirən CRM sistemi.
turism.ioTryVeo
Mətndən video, şəkil, musiqi və səs yaradan, 60-dan çox AI modelini bir platformada birləşdirən yaradıcılıq aləti.
tryveo.aiQRolling
Dinamik QR kod yaratma, idarəetmə, analitika və kampaniya izləmə platforması.
qrolling.comZenith ERP
Azərbaycan bazarı üçün hazırlanmış bulud ERP sistemi — mühasibatlıq, satış, anbar, İR və istehsalat modulları ilə.
zenith.hesabatim.comFinaps
Bütün bank hesablarını, kartları və investisiyaları tək tablo altında birləşdirən şəxsi maliyyə tətbiqi.
finaps.coIT sektorunda etibarlı tərəfdaş olmaq üçün xidmətinizdəyik.
Nonilab — Nonitech MMC-nin İT istiqamətidir. Proqram təminatından infrastruktura, süni intellektdən konsaltinqə qədər tam spektrli İT xidmətləri təqdim edirik.
- Tam spektrli İT xidmətləri — ideyadan canlı məhsula və sonrakı dəstəyə qədər
- Media, fintech, turizm, AI və ERP sahələrində 7+ canlı məhsul
- Müasir texnologiyalar, təhlükəsiz infrastruktur və proqnozlaşdırıla bilən nəticə
45 nəfərlik komanda
Tam məhsul komandası — analitikadan inkişafa, testdən təhvilə qədər hər rol öz yerində. Təklif etdiyimiz prosesləri əvvəlcə öz məhsullarımızda tətbiq edirik.
Şəffaf proses, ölçülə bilən nəticə.
Layihənin hər addımı müştəriyə real vaxtda görünür — tapşırıqlar, xətalar, statuslar və hesabatlar.
Müştəri üçün Jira board
- Hər müştəri üçün ayrıca Jira board yaradılır
- Layihənin təkmilləşdirilməsi prosesi bu board üzərindən idarə olunur
- Tapşırıqlar, xətalar və statuslar real vaxtda müştəriyə görünür
- Sprint / dövrə planlaşdırması və prioritetləşdirmə board-da aparılır
Test artefaktları
- Checklist-lər — modul və reliz üzrə yoxlama siyahıları
- Bug report-lar — təkrar addımlar, gözlənilən/faktiki nəticə, sübut, kateqoriya
- Test planı və test ssenariləri / test keysləri
- Tələblərin izlənmə matrisi (RTM)
- Həftəlik status və yekun test hesabatı (test summary report)
Komandamız
45 nəfərlik komandanın rəhbər heyəti.
Fuad İsgəndərov
Layihənizi müzakirə edək.
Fikirinizi qısaca yazın, 1 iş günü ərzində geri dönüş edirik.